Gürcüstanda Rusiyayönlü “Gürcü Arzusu” partiyası seçkilərdə qalib gəldikdən sonra Ermənistanda insanlar “Moskva bizə də müdaxilə edəcəkmi?” deyə soruşdular. Narahatlığı başladı. İrəvan administrasiyası yeganə kommersiya çıxış yolu olan Gürcüstanın həm ticarət, həm də silah axını yollarını bağlayacağından qorxur.
Elchi.az xəbər verir ki, Gürcüstanda keçirilən seçkilərdə Rusiyayönlü Gürcü Arzusu Partiyası qalib gəldikdən sonra Ermənistan hakimiyyətində xaos və qorxu artır.
Moskvanın Ermənistandakı seçkilərə müdaxiləsindən qorxan İrəvan administrasiyası yeganə ticarət nöqtəsi olan Gürcüstanın təzyiqləri nəticəsində ölkəni maliyyə böhranına sürükləmək ehtimalından narahatdır. Gürcüstan yolunun bağlanması həm də Qərbin İrəvana çatan silah yardımının dayandırılması deməkdir. Avropalı ekspertlərin fikrincə, Rusiya ilə Ermənistan arasında münasibətlər tam pozulma həddinə çatıb.
Şayəstə Hüseynova