image-51751395392_81299a1d63_obackend

Sibiqa NATO-nu Ukraynanı alyansa dəvət etməyə çağırıb

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa gələn həftə Brüsseldə keçiriləcək nazirlərin görüşündə NATO-nu Kiyevi alyansa üzv olmağa dəvət etməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” nazirin ona daxil olan məktubuna istinadən məlumat yayıb.
“Mən sizi NATO xarici işlər nazirlərinin dekabrın 3-4-də keçirilən görüşünün nəticələrindən biri kimi Ukraynanı alyansa üzv olmağa dəvət etmək qərarını təsdiq etməyə çağırıram”, – Sibiqa yazıb.
Kiyev tez bir zamanda NATO-ya tamhüquqlu üzv olmaq arzusunu dəfələrlə bəyan edib, Ukrayna 2022-ci ilin sentyabrında alyansa sürətləndirilmiş şəkildə qoşulmaq üçün ərizə təqdim edib. Ölkənin silahlı qüvvələrinə NATO standartları tətbiq edilir və zabitlərdən ingilis dilini mükəmməl bilmə tələbi qoyulmasını planlaşdırır. Eyni zamanda, təşkilat dəfələrlə vurğulamışdır ki, Ukrayna münaqişə vəziyyətində olarkən onun alyansa qoşulması mümkün deyil.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki