29 yaşlı gənc özünü YouTuber kimi təqdim edərək 20 ölkədən 286 nəfəri “sevdiklərinə nalayiq mesajlar və şəkillər göndərməklə” hədələyib. Avstraliya səlahiyyətliləri belə qiymətləndirdi: “Bu hadisə Avstraliyanın ən dəhşətli sui-istifadə hallarından biridir.”
Elchi.az xəbər verir ki, Avstraliyada özünü YouTube fenomeni kimi təqdim edən və yüzlərlə gənc qızı kamera qarşısında seksual hərəkətlər etmələri üçün şantaj edən Muhammad Zain Ul Abideen Rasheed 17 il həbs cəzasına məhkum edilib.
Qurbanlarının üçdə ikisi 16 yaşından kiçik olan Rəşid məhkəmədə təqiblə bağlı 119 ittiham üzrə təqsirli olduğunu etiraf edib. Rəşid 2033-cü ildə şərti azadlığa çıxmaq üçün müraciət edə biləcək.
Pert Məhkəməsində baxılan iddiaya görə, 29 yaşlı Rəşidin ABŞ, İngiltərə, Yaponiya və Fransa da daxil olmaqla 20 ölkədən 286 nəfəri “sevdiklərinə nalayiq mesajlar və şəkillər göndərməklə” təhdid etdiyi bildirilib.
Şayəstə Hüseynova