image-b737b204-38cb-3570-8440-4c6ed2fea825_850backend

Sabah Dohada Suriya üzrə Astana formatında görüş keçiriləcək

Qətərdə dekabrın 7-də Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri səviyyəsində Suriyada nizamlanma üzrə Astana formatında görüş keçiriləcək.

Elchi.az xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə bildirib.

“Astana formatında görüş dekabrın 7-də Doha Forumu çərçivəsində keçiriləcək”, – o vurğulayıb.

Qeyd edək ki, Suriyada 2011-ci ildən silahlı münaqişə davam edir. Astana formatı kimi tanınan proses 2017-ci ildən aparılır.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki