image-50backend

Rutte: “Türkiyə Alyansımıza əvəzsiz töhfələr verir”

NATO-nun baş katibi Mark Rutte vəzifəyə gəldikdən sonra Ankaraya ilk səfərini dəyərləndirib.

Elchi.az bu barədə Trthaber.com-a istinadən xəbər verir.

Rutte Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü səbirsizliklə gözlədiyini ifadə edərək qeyd edib:

“Getdikcə gözlənilməz hala gələn bir dünyada Türkiyə Alyansımıza əvəzsiz töhfələr verməklə cənub cinahımızdakı çəkindiriciliyi gücləndirir”.

Rutte həmçinin bu fikirləri söyləyib: “Mən terror təhlükəsi, Ukraynadakı müharibə və Yaxın Şərqdəki böhran da daxil olmaqla, kollektiv təhlükəsizliyimizə qarşı artan çağırışları həll etmək üçün prezident Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm”.

NATO-dan verilən yazılı açıqlamada Ruttenin bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər ​​ilə görüşəcəyi bildirilib. Bildirilib ki, Rutte Türkiyə müdafiə sənayesi rəsmiləri ilə də görüşəcək.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki