NATO-nun baş katibi Mark Rutte müdafiə xərclərinin artırılması, müdafiə sənayesinin gücləndirilməsi və istehsalın genişləndirilməsinin vacibliyini vurğulayaraq, alyansın uzunmüddətli perspektivdə özünü müdafiə etmək üçün kifayət qədər hərbi məhsul istehsal etmədiyini etiraf edib.
Elchi.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.
“Müdafiə xərclərini artırmasaq, 4-5 ildən sonra ciddi problemlərimiz olacaq”, – deyə Rutte DPA-ya bildirib. Bununla belə, o, Rusiyanın guya blokun ərazisinə hücum etməyə qadir olduğuna inanmır. “İndi qorxmaq lazım deyil. Lakin uzunmüddətli perspektivdə mən narahatam”, – NATO-nun baş katibi bildirib.
Onun fikrincə, Şimali Atlantika Alyansı ölkələri Rusiyada genişmiqyaslı silah istehsalının genişlənməsinə müqavimət göstərmək üçün hələ ki, kifayət qədər tədbirlər görmür.
Rutte, “Müdafiə sənayesini gücləndirməli və istehsalı genişləndirməliyik, əlavə istehsal xətləri və növbələr təşkil etməliyik, çünki uzunmüddətli perspektivdə özümüzü müdafiə etmək üçün kifayət qədər hərbi məhsul istehsal etmirik” dedi.
Eyni zamanda NATO-nun baş katibi izah edib ki, o, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan avropalı müttəfiqlərin müdafiə xərclərinin nisbətən aşağı olması ilə bağlı müzakirələrdə yeni təzyiqlər gözləyir.
“O, bizim daha çox şey etməyimizi istərdi və o, haqlıdır. Biz daha çox iş görməliyik” dedi Rutte. Ümumilikdə onun sözlərinə görə, Avropa müttəfiqləri hazırda ÜDM-in 2%-ni müdafiəyə sərf edirlər.Lakin Rutte NATO-nun müdafiə xərclərini ÜDM-in 3%-ə, yaxud daha da çox artırmağın məqsədəuyğun olduğunu düşündüyünü açıqlamayıb.
Yeganə