image-33backend

Rutte: Kiyevin münaqişədə itkisi NATO-ya trilyonlarla dollara başa gələcək

Kiyevin Rusiya ilə münaqişədə uğursuzluğu Şimali Atlantika Alyansına milyardlarla deyil, trilyonlarla dollara başa gələcək ki, bu da alyansa üzv ölkələrin hərbi gücünü artırmaq üçün lazım olacaq.

Elchi.az xəbər verir ki, bunu Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı NATO-nun baş katibi Mark Rutte deyib.

Baş katib ayrıca qeyd edib ki, Qərb Ukraynanı daha fəal dəstəkləməli, daha çox silahla təmin etməlidir.

“Ukrayna uduzsa, NATO-nun əlavə milyardlarla deyil, əlavə trilyonlarla dollara ehtiyacı olacaq. Bu halda NATO-nun Qərbi cilovlamasını bərpa etmək indi müzakirə etdiyimiz hər şeydən qat-qat baha başa gələcək”, – Rutte bildirib.

NATO baş katibinin açıqlamalarına baxmayaraq, ABŞ prezidenti Donald Tramp Ukrayna və digər ölkələrə yardımı 90 gün müddətinə dayandıran fərman imzalayıb. Bu, yardım proqramlarının effektivliyini qiymətləndirmək üçün edilir. Associated Press-in məlumatına görə, Vaşinqton 2022-ci ildən bəri Ukraynaya təxminən 66 milyard dollar yardım ayırıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki