Rusiya ordusu Donetsk Xalq Respublikasının Uqledarını işğal edib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Teleqramda məlumat yayıb.
” “Vostok” qoşun qrupunun hərbi qulluqçuları şəhərə nəzarəti bərqərar etdilər. Əsgər və zabitlər əzmkarlıq nümayiş etdirdilər ki, bu da şəhəri işğal etməyə imkan verdi”, – deyə hərbi idarədən bildirilib.
Kəndin tutulması ilə bağlı qeyri-rəsmi məlumat bir neçə gün əvvəl ortaya çıxdı. Oktyabrın 2-də Ukrayna Silahlı Qüvvələri şəhərdən çıxışı tanıyıb. Uqledar uğrunda döyüş iki ildən çox davam etdi.
Hərbi əməliyyatlar başlayana qədər Uqledarda 15 minə yaxın insan yaşayırdı. Şəhər Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçməzdən bir müddət əvvəl məşhur internet resurslarından birində orada yaşayan insanların sayı barədə məlumat yenilənirdi – hazırda orada yüzə yaxın
adam yaşayır.
Yeganə