image-kriptobackend

Rusiyanın kriptovalyuta birjası fəaliyyətini dayandırıb

Avropa Birliyi (AB) tərəfindən sanksiyaya məruz qalan Rusiyada fəaliyyət göstərən kriptovalyuta birjası olan “Garantex”, platformadakı kriptovalyuta pul kisələrinin bloklandığını və fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, “Garantex”dən verilən yazılı açıqlamada , platformada 2,5 milyard rubl (təxminən 28 milyon dollar) olan kriptovalyuta pul kisələrinin stablecoin Tether tərəfindən bloklandığı bildirilib.
Tether-in Rusiya kriptovalyutası bazarına “müharibə elan etdiyi” şərhinin yer aldığı açıqlamada, “Pis xəbərimiz var. Biz bu problemi həll edərkən kriptovalyuta çəkilmələri də daxil olmaqla, bütün xidmətləri müvəqqəti olaraq dayandırırıq” – deyə bildirilib.
Aİ Garantex-i 16-cı sanksiyalar paketinə daxil edib.
Rəqəmsal aktivlər və kriptovalyutalar Rusiya banklarının SWIFT ödəniş sistemindən kənarda qalması səbəbindən getdikcə geniş yayılıb.
Rusiyanın maliyyə naziri Anton Siluanov 2024-cü ilin dekabrında bildirib ki, rus şirkətləri beynəlxalq ödənişlərdə Bitcoin və digər rəqəmsal aktivlərdən istifadə etməyə başlayıblar.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki