Ukrayna hərbçiləri Çerniqov vilayətində düşmənin 20 zirehli texnikasını məhv ediblər.
Alp.az xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarından məlumat verilib.
“Operativ Komandanlığın “Şimal” bölməsi Çerniqovda düşmənin 20-dək zirehli texnikasını məhv edib. Eləcə də “Şimal” bölmələri Repokdan Çerniqova doğru irəliləyən rus zirehli texnika karvanına zərbələr endirib. 10-15 arası texnika vurulub. Çerniqov müdafiə olunur və düşməni məhv edir”, – məlumatda qeyd olunub.