Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kristofer Burger Rusiya səfirliyinin əməkdaşının ölümü ilə bağlı mətbuatda dərc olunan xəbəri bu gün təsdiqləyib. Alp.az xəbər verir ki, səfirlik əməkdaşı müəmmalı şəkildə vəfat edib.
“Hadisə nazirliyə məlumdur, lakin şəxsi məlumatların və məlumatların mühafizəsini nəzərə alaraq, mən hər hansı təfərrüat verə bilmərəm”, – Burger jurnalistlərə bildirib.
Daha əvvəl “Spiegel” öz mənbələrinə istinadən yazıb ki, Rusiya səfirliyinin əməkdaşı səfirliyə məxsus hündürmərtəbəli binanın pəncərəsindən yıxılıb.