image-images-9backend

Rusiya ordusu Ukraynanın qərbində Avropanın ən böyük qaz anbarını vurub

Rusiya Federasiyasının silahlı qüvvələri Ukraynanın qərbində, Lvov vilayətinin Stryi şəhərində enerji infrastrukturu obyektlərinə hücum edib.
Elchi.az xəbər verir ki, bu barədə Military Observer Telegram kanalı məlumat yayıb.
” Lvov vilayətinin Stryi şəhərində enerji infrastrukturu obyektlərinə ziyan dəyib”, – nəşr yazır.
Qeyd olunur ki, söhbət Ukraynanın və Avropanın ən böyük yeraltı qaz anbarından – Bilçe-Volitski yeraltı qaz anbarından gedir. Anbarın qaz tutumu 17 milyard kubmetrdir.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya ordusu Ukraynanın 15 regionunda enerji obyektlərinə, o cümlədən elektrik yarımstansiyalarına və qaz kompressor məntəqələrinə kütləvi hava zərbələri endirib . Birgə hücum zamanı Kiyev yaxınlığındakı Vışqorod su elektrik stansiyası zədələndi . Ukrayna prezidenti Vladimir Zelenski öz növbəsində bildirib ki, Rusiya qüvvələri Ukraynaya ən güclü kütləvi hücumlardan birini həyata keçirib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki