Beynəlxalq Qaz İttifaqı (IGU) Rusiyanı qaz ixracında dünya lideri kimi tanıyıb.
Elchi.az bu barədə “RİA Novosti” yə istinadən xəbər verir.
Avropa və ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiya 2023-cü ildə digər ölkələri geridə qoyaraq qlobal təbii qaz ixrac bazarında lider mövqeyini qoruyub. Ümumilikdə, Rusiya il ərzində 139 milyard kubmetr qaz ixrac edib. ABŞ və Qətər müvafiq olaraq 128 və 127 milyard kubmetr qaz ixrac edərək ikinci və üçüncü yerləri tutublar.
Beynəlxalq LNG İdxalçıları Assosiasiyasının (GIIGNL) hesabatına görə, LNG baxımından Rusiya dördüncü yerdədir: ölkə 31,4 milyon ton ixrac edib. Eyni zamanda, Avropa Rusiya LNG-nin ən böyük istehlakçısı olaraq qalır. İyulda Rusiya LNG ixracına görə, demək olar ki, ABŞ-ı ötüb. Bu yanacaq növü sanksiyalara məruz qalmır və Avropanın iri istehlakçıları üçün Rusiya qazını almaq daha sərfəlidir – bu, Amerika qazından ucuzdur. Bundan əlavə, yaxşı qurulmuş infrastruktur nəqliyyatı asanlaşdırır və daha rahat edir.
Eyni zamanda, Moskva yeni ixrac istiqamətlərini fəal şəkildə inkişaf etdirir. Xüsusilə, Rusiya qazının “Sibirin Gücü” kəməri ilə Çinə tədarükü artıb, Özbəkistan və Qırğızıstana nəql başlanıb.
Nuranə Məmmədova