image-ria_8711313-pic_32ratio_900x600-900x600-13254backend

Rusiya KXDR ilə strateji tərəfdaşlıq sazişini ratifikasiya edib

Rusiya Federasiyasının Dövlət Duması KXDR ilə hərtərəfli tərəfdaşlıq sazişini ratifikasiya edib.
Elchi.az xəbər verir ki, Rusiya Federasiyasının Dövlət Duması Moskva və Pxenyan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib. Bu barədə TASS yazır.
Agentlikdən verilən məlumata görə, plenar iclasda deputatlar müvafiq qərar qəbul ediblər.
Sənəddə yer alan ən mühüm məqamlardan biri üçüncü dövlətlər tərəfindən Rusiya Federasiyasına və ya KXDR-ə mümkün silahlı hücumlara aiddir. Müqavilədən belə çıxır ki, sənədi imzalayan dövlətlərdən birinə hücum olarsa, digər ölkə ona dərhal hərbi və digər yardımlar göstərməyə borcludur.
2024-cü il iyunun 19-da Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Mərasim Rusiya liderinin rəsmi səfərə gəldiyi Pxenyanda baş tutub.
Ertəsi gün KXDR Mərkəzi Teleqraf Agentliyi sənədin mətnini dərc edib. Məlum oldu ki, o, 23 maddədən ibarətdir. Razılaşmaya daxil edilən bəndlər Moskva və Pxenyan arasında bir anda bir neçə sahədə, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki