Rusiya Müdafiə Nazirliyi Sakit Okean Donanmasının gəmilərinin Hind okeanında təlimlər keçirdiyini bildirib.
Elchi.az xəbər verir ki, ” Sakit Okean Donanmasının gəmi dəstəsi Hind okeanının şərqində artilleriya təlimləri keçirib”, – nazirliyin açıqlamasında bildirilir. Açıqlamada qeyd olunub ki, təlimdə “Ka-27M” tipli helikopter də iştirak edib.
Rusiyanın Sakit Okean Donanmasının gəmiləri keçən ay Cənubi Çin dənizində hava hücumundan müdafiə təlimləri keçirib.
Nuranə Məmmədova