image-thumbs_b_c_f9f9bb9d3f05a535479dcf3b60b994b8backend

Rusiya döyüş təyyarələri İdlibə hücum etdi: Çoxlu ölü və yaralı var

Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın şimal-qərbindəki İdlib vilayətinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 32-yə yüksəlib.
Elchi.az xəbər verir ki, Müxalifət təyyarələrinin rəsədxanasından alınan məlumata görə, dünən yerli vaxtla saat 17:00 radələrində Latakiyadakı Hmeymim  Hava Bazasından havaya qalxan 3 Rusiya döyüş təyyarəsi İdlibə 4 hava zərbəsi endirib.
Suriya Mülki Müdafiədən (Ağ Dəbilqəlilər) alınan məlumata görə, Aynşib kəndindəki dülgər emalatxanasına endirilən hava zərbələri nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 32-yə yüksəlib. Yaralılara ətrafdakı xəstəxanalarda tibbi yardım göstərilib.
Rusiya son 4 gündə İdlibdə 27 nöqtəyə hava zərbələri endirib.
– İdlibdəki vəziyyət
2017-ci ildə Astana görüşündə Türkiyə, Rusiya və İran Suriya administrasiyasının nəzarətində olmayan ərazidə 4 “deeskalasiya zonası” yaratmaq qərarına gəlib.
Dəməşq rəhbərliyi, İranın dəstəklədiyi terrorçular və Rusiya hücumlarını davam etdirərək 4 bölgədən 3-nü ələ keçirərək İdlibə doğru irəliləyib.
Türkiyə 2018-ci ilin sentyabrında atəşkəsi gücləndirmək üçün Rusiya ilə əlavə razılaşma əldə etsə də, 2019-cu ilin mayında hücumlar yenidən şiddətlənib. Türkiyə ilə Rusiyanın 5 mart 2020-ci ildə əldə etdiyi yeni razılaşmadan sonra atəşkəs əsasən qorunub.
2017-2020-ci illərdə hücumlardan qaçan 2 milyona yaxın mülki şəxs Türkiyə sərhədinə yaxın bölgələrə köç etmək məcburiyyətində qalıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki