image-4ddd3a7d-9cbd-3277-92ad-8786ac810296_850backend

Rumıniyada parlament seçkiləri keçirilir

Rumıniyada parlament seçkiləri keçirilir.

Elchi.az  bu barədə “Hot News” portalına istinadən xəbər verir.

Səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 09:00) başlayıb. Seçki məntəqələri saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) bağlanacaq.

Seçkilərin keçirilməsi üçün 8 968 məntəqə açılıb, Xaricdə isə 950 səsvermə məntəqəsi mövcuddur. Ümumilikdə 18 milyondan çox seçicinin səs verəcəyi gözlənilir.

“İndiyə qədər 170 078 rumıniyalı səs verib ki, bu da 2020-ci il parlament seçkilərinin sayından təxminən iki dəfə çoxdur”, – nəşr bildirib.

Parlamentə seçkilərin nəticələrinə görə, ümumi namizədlərdən 137 senator və 322 deputat seçiləcək. Seçkilərə 50 siyasi blok və partiya buraxılıb. Olar parlamentə daxil olmaq üçün minimum 5 %-lik baryeri keçməlidirlər.\

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki