image-27backend

Reuters: “Ukrayna Trampın planı çərçivəsində ərazi güzəştlərinə razıdır”

Amerika prezidenti Donald Trampın seçkilərində qalib gələn Donald Trampın irəli sürə biləcəyi Ukrayna münaqişəsinin həlli planı Ukraynanın Rusiyaya ərazi güzəştinə gedəcəyini güman edir.

Elchi.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.

Nəşr Ağ Evin gələcək rəhbərinə yaxın mənbələrə istinadən bildirir ki, Ukraynanın Şimali Atlantika Alyansına daxil olması təxirə salınacaq, lakin bu ideyadan əl çəkməyəcək.

Tramp Ukrayna nizamlanmasının müzakirəsi üçün işçi qrup yaradacaq. Agentlik mənbələrinin məlumatına görə, Trampın planına uyğun olaraq, Ukrayna ərazisinin əhəmiyyətli hissəsi Rusiyaya keçə bilər.

Bundan əlavə, ABŞ-ın seçilmiş prezidentinin müşavirlərinin etiraf etdiyi kimi, sülh nizamlanmasına nail olmaq Tramp və Rusiya lideri Vladimir Putin, eləcə də Vladimir Zelenski arasında birbaşa təmaslardan asılı olacaq.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki