image-owl_detail_620_f1138ca14d92a9fbc7b489ffde48547ebackend

Reuters: Hindistan iyul ayında Rusiya neftinin ən böyük alıcısı oldu

2024-cü ilin iyul ayının sonunda Hindistan Çini qabaqlaya bildi və Rusiya neftinin idxalının orta gündəlik həcminə görə birinci yeri tutdu.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb .
İyulda Rusiya xammalının Hindistana tədarükünün orta gündəlik həcminin 2,07 milyon barellə rekord həddə çatdığı və iyun göstəricisini 4,2 faiz üstələdiyi aydınlaşdırılır. İllik ifadədə gündəlik ixrac 12 faiz artıb. Bunun fonunda Hindistan idxalının strukturunda Rusiya Federasiyasından neft tədarükünün payı 44 faiz təşkil edib ki, bu da ən yüksək dəyərdir.
Müqayisə üçün qeyd edək ki, bu müddət ərzində Rusiya xammalının Çinə orta gündəlik tədarükü 1,76 milyon barel təşkil edib. Mütəxəssislər Çinin Rusiya Federasiyasının xammala marağının azalmasını yerli neft emalı zavodlarının yanacaq istehsalından əldə etdiyi mənfəətin aşağı olması ilə əlaqələndiriblər.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki