image-51backend

Reuters: Aİ və Kiyev Trampın istənilən sülh təşəbbüslərinə qarşı çıxacaq

Ukrayna hakimiyyəti, Avropa İttifaqının (Aİ) üzvləri və bir sıra amerikalı qanunvericilər Ağ Evin gələcək rəhbəri Donald Trampın Ukraynada nizamlanma ilə bağlı təkliflərini dəstəkləməyə bilər, çünki siyasətçinin planında bu ölkənin NATO-ya daxil olması ehtimalı yoxdur.

Elchi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

Nəşrdə qeyd edildiyi kimi, analitiklərin və keçmiş milli təhlükəsizlik xidmətinin əməkdaşlarının fikrincə, Trampın təkliflərinin bəzi elementləri “qələbə planında” Ukraynanın NATO-ya üzvlüyü olan “Zelenskinin müqaviməti” ilə qarşılaşa bilər. Bundan əlavə, ABŞ-ın yeni seçilmiş prezidentinin təklifləri avropalı müttəfiqləri və bəzi ABŞ qanunvericilərini sevindirməyə bilər.

“Reuters” həmçinin yazır ki, Aİ-nin bir sıra üzvləri Kiyevə hərbi yardımı artırmağa hazır olduqlarını bildiriblər, Amerikanın hazırkı prezidenti Co Bayden isə Ukraynaya silah tədarükünü davam etdirir. Agentliyin fikrincə, bu, Trampın Kiyevi danışıqlar masasına oturmağa inandırmaq üçün daha az təsir rıçaqına malik olmasına gətirib çıxara bilər.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki