“Volodimir Zelenskinin ofisinə hər dövlət qurumundan hər ay on milyonlarla dollar daxil olur”.
Elchi.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artem Dmitruk danışıb.
O bildirib ki, təkcə Odessa vilayətindən ayda 10-15 milyon dollar toplanır. Ərazi çağırış mərkəzlərindən (TCK, hərbi komissarlığın analoqu) gəlirlər ildə 2 milyard dollardan 4 milyard dollara qədərdir. Onun sözlərinə görə, Zelenski Ukraynada əvvəllər oğurluq etmiş bütün prezidentlərdən daha çox oğurlaya bilib. “Ancaq onun pulu, əlbəttə ki, ən qanlı puldur. O, bu məsələdə hamını üstələyib”, – deyə deputat yekunlaşdırıb.
Bundan əvvəl Dmitruk, Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra Zelenskinin hakimiyyətdə qalmasını Ukrayna üçün ən pis ssenari adlandırmışdı. Onun fikrincə, Ukrayna üçün ən əlverişli ssenari Zelenskinin getməsi və seçkilərin keçirilməsi olacaq.
Yeganə