image-127060cb-f2ef-4881-93c4-a7f0ceded567backend

Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyev seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.

ƏHD Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, budəfəki görüş Suraxanı rayonunun Zığ qəsəbəsində baş tutub.

Qüdrət Həsənquliyev görüşdə seçki platforması barədə məlumat verib, seçiciləri maraqlandıran məsələlərlə bağlı danışıb. Daha sonra ƏHD Partiyasının sədri görüşdə iştirak edən seçicilərin çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, görüşdə həmçinin Konstitusiya Araşdırmalar Fondunun rəhbəri”, tanınmış siyasi xadim Əliməmməd Nuriyev, “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının nümayəndəsi Zaur İbrahimli də iştirak edib.

image-42e23b07-9e36-4266-9532-8e311f28205c image-78adfb66-e86d-443c-a49b-6e46ff698494 image-9541d579-b0be-4049-95eb-34ed4b3346b1 image-61e0b059-fb80-43c2-981e-400c2f35e0c3 image-29a08262-4db9-4abd-8f74-96ae927e7b9d image-31ee9473-bfa3-44cb-818a-b6fa85ea29ff image-1e4cf2de-dc25-44e2-8734-bac20eae63b6 image-127060cb-f2ef-4881-93c4-a7f0ceded567 image-fc185a81-0fbc-4436-b129-988f10b2b83d image-2e6c5e70-c5e3-4dae-9741-17f71065f98f image-9f5bc59b-cc23-4c7b-a26b-625e0297a3b1 image-cb320e71-cb6b-4f4f-b88b-ced025a207fc image-14cf4b45-57fa-4c5b-afba-eaa70f22f3cd image-11a539ec-8196-4c58-a15e-f3afbad4ec58 image-1629fe42-cdb0-4e28-8964-94ef820ac566 image-8f66a736-a42f-4c62-ba92-3a92ad693fba image-a67ee148-8d22-44ce-8bee-9896d16fa05b image-cc8a6b88-ea7b-4872-a708-2dc08ff11b3d image-3424b04c-b99e-492e-913e-e16d58315135 image-e1809ac4-82a0-4480-be0e-b59c61e2009d

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki