image-8d2dd9ff-3e82-3fa6-9e17-4eeccaf579fc_850backend

Qırğızıstanda ABŞ-dən Rusiyaya silah tədarük edən qruplaşma zərərsizləşdirilib

Qırğızıstanda ölkə ərazisi ilə ABŞ-dən Rusiyaya 300-dən çox odlu silah tədarük edən transmilli qruplaşmanın fəaliyyətinin qarşısı alınıb.

Elchi.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) məlumat yayıb.

“MTDK ABŞ-Qırğızıstan-Rusiya marşrutu üzrə odlu silah, döyüş sursatı və hərbi geyimlərin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı üçün kanal yaradan transmilli qruplaşmanın cinayətkar fəaliyyətini aşkar edib və qarşısını alıb. 2022-ci ildən indiyədək qruplaşma Qırğızıstan ərazisi ilə Rusiyaya 300-dən çox odlu silah göndərib və əsas müştərilər kriminal aləmin nümayəndələri olub”, – məlumatda qeyd olunub.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki