Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin nümayəndəsi Rik Peeperkorn, Qəzza zolağında sentyabrın 1-də başlayan poliomielit əleyhinə peyvənd kampaniyası çərçivəsində peyvənd olunan uşaqların sayının 161 mini keçdiyini bildirib.
Elchi.az xəbər verir ki, Peeperkorn, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisinin həftəlik mətbuat konfransına onlayn olaraq qatıldı və Qəzza zolağında davam edən “poliomielit peyvəndi” kampaniyası ilə bağlı qiymətləndirmələr etdi.
“Əldə edilən ilk məlumatlar göstərir ki, kampaniyanın ilk günündə (1 sentyabr) 86 min 600, ikinci gündə isə 74 min 430 uşaq peyvənd olunub. Beləliklə, 10 yaşa qədər uşaqların sayı 161-ə çatıb. İki gündə min 156 min 500 uşaq olduğu təxmin edilən hədəfə çatıldı ” deyən Peeperkorn, kampaniyanın üçüncü günündə də davam etdiyini sözlərinə əlavə edib.
Rik Peeperkorn bildirib ki, kampaniyanın ilk mərhələsində Qəzzanın mərkəzindəki uşaqların əksəriyyətinin peyvənd olunması gözlənilir.
Peyvənd edilməmiş uşaqların olmaması üçün sabit nöqtələrdə birdən çox komandanın yerləşdirildiyini qeyd edən Peeperkorn, bəzi komandaların mobil işləyə biləcəyini də bildirib.
Peeperkorn həmçinin, peyvəndlərin aparıldığı bölgələrdə tərəflərin indiyədək “münaqişələrdə humanitar fasilə” öhdəliyinə əməl etdiklərinə və təhlükəsizliklə bağlı heç bir problem yaşanmadığına diqqət çəkib.
Şayəstə Hüseynova