image-potkpyktpjpg_1730117003_1_1730117508_660x441backend

Qəzzada ölənlərin sayı 43 min 374-ə yüksəlib

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 33 nəfər artaraq 43 min 374-ə çatıb.
Elchi.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada İsrailin Qəzza zolağına 395 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “3 qırğın”da 33 nəfərin həyatını itirdiyi, 156 nəfərin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 43 min 374-ə, yaralıların sayı isə 102 min 261-ə yüksəlib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki