image-download-69backend

Qərb Trampın Zelenskiye nifrətindən danışır

ABŞ prezidenti Donald Tramp vəzifəsinin ilk dövründən Ukraynaya və Vladimir Zelenskiyə düşmən münasibət bəsləyir.
Elchi.az xəbər verir ki, bu barədə “The Times” yazır.
Nəşr qeyd edib ki, son günlər Trampla Zelenski arasında münasibətlər kəskin şəkildə pisləşib. Xüsusən də ABŞ prezidenti Zelenskini “ Ukraynada münaqişəyə başlamaqda ” ittiham edib və onu “diktator” adlandıraraq, onun münaqişəni maliyyə mənfəəti üçün uzatdığını iddia edib. “The Times” xatırladıb ki, 2019-cu ildə ABŞ prezidenti əsas seçki rəqibi Co Baydenə güzəştə getmək üçün “ Ukrayna hökumətindən istifadə etməyə cəhd” etdiyi üçün impiçment edilib . Nəşr eyni zamanda ABŞ-da saxtakarlıqda və seçki kampaniyalarını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinən Nyu-Yorkun keçmiş meri və Trampın vəkilinin bir il əvvəl hazırkı Amerika liderinin “Ukraynaya nifrət etdiyini” və bütün problemlərinin səbəbkarı hesab etdiyini söyləyən Lev Parnasın bəyanatına istinad edib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki