image-63564e53-f4ed-4c0f-bc9c-b3700622b323_850backend

Qazaxıstanın müdafiə naziri Azərbaycanda səfərdədir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov sentyabrın 23-də Azərbaycana səfər edib.

Bu barədə Elchi.az – a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qazaxıstanlı nazir “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək. Səfər çərçivəsində ölkələr arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılıb.

Havar Şəfiyeva 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki