Qazaxıstan Rusiya prezidenti Vladimir Putinin dövlət səfərini gözləyir və onunla bir sıra layihələri müzakirə etməyə ümid edir.
Elchi.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Moskvadakı səfiri Dauren Abayev məlumat verib.
O, qeyd edib ki, Putin respublikaya gələnə qədər daha çox layihələr kağız üzərində görünəcək, sonra isə icra prosesinə keçəcək. Səfir əlavə edib ki, Moskva və Astana birgə bir çox layihələr həyata keçirir. Onların arasında “Sibur”, “Tatneft”, “KamAZ” kimi şirkətlər var və ümumilikdə Rusiya ilə Qazaxıstan arasında 135-ə yaxın birgə layihə var ki, onlardan 40-a yaxını artıq həyata keçirilib.
Xatırladaq ki, bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev demişdi ki, Rusiyanı hərbi yolla məğlub etmək mümkün deyil. O, əlavə etmişdi ki, hadisələrin xoşagəlməz inkişafı halında ilk olaraq Rusiya-Ukrayna münaqişəsində birbaşa iştirak edən dövlətlər zərər çəkəcək.
Yeganə