Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin ABŞ seçkilərində Kamala Harrisi dəstəkləməsi ilə bağlı sözlərinə aydınlıq gətirib.
Elchi.az xəbər verir ki, Lavrov bu barədə “Sky News Arabia” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Putin Harrisi dəstəklədiyini deyəndə zarafat edib: “Rusiya prezidenti Vladimir Putin zarafat edib. Onun yaxşı yumor hissi var”, – deyə Lavrov qeyd edib.
O, həmçinin əlavə edib ki, Rusiya lideri çıxışları zamanı tez-tez zarafatlar edir.