image-ywq2821612jsdhs999backend

Putin və Mask haqqında şok iddia!

Amerikanın Wall Street Journal (WSJ) qəzeti amerikalı milyarder İlon Maskın mütəmadi olaraq Rusiya prezidenti Vladimir Putinlə “gizli” əlaqə saxladığını iddia edib.
Elchi.az xəbər verir ki, Musk və Putinin “gizli” görüşlərindən xəbəri olan şəxslər mövzu ilə bağlı WSJ-yə açıqlamalar verib.
Mənbələr iddia edib ki, Mask və Putin bir çox mövzuda, o cümlədən geosiyasət, biznes və şəxsi məsələlərdə fikir mübadiləsi aparıblar.
Vaşinqton administrasiyasının Maskın texnologiyalarından həddən artıq asılı olduğunu bildirən mənbələr hökumətin bu mənada “dilemma” içində olduğunu bildirib.
Mənbələr qeyd edib ki, hökumət Musk-Putin təmaslarını “bəyənmir”, lakin administrasiya Maska onların səbəb ola biləcəyi mümkün təhlükəsizlik pozuntuları barədə heç bir xəbərdarlıq etməyib.
Mask uzun müddətdir Putinlə görüşmədiyini bildirsə də, mənbələr ikisinin əlaqə saxladığını iddia edib.
Mənbələr bildirib ki, Rusiya administrasiyası Muskdan 2023-cü ilin sonunda Tayvanda SpaceX-in Starlink peyk internet sistemini aktivləşdirməməyi tələb edib.
Xəbərə görə, hazırkı administrasiyadan bəzi rəsmilər bu təmasların təhlükəsizlik narahatlığı yaratması fikrini bölüşür, çünki Maskın ABŞ-la bağlı “məxfi məlumatlara” da çıxışı var.
Elon Musk, Putinlə kosmosla bağlı yalnız bir dəfə görüşdüyünü və bunun 2021-ci ilin aprelində baş verdiyini açıqlayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki