image-26backend

Putin və Lukaşenko İttifaq dövlətinin müdafiəsini müzakirə edəcəklər

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında müdafiəni müzakirə edəcəklər.

Elchi.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

“Rusiya və Belarusun ümumi müdafiə məkanının gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək”, – Kremlin mətbuat xidməti vurğulayıb.

Bildirilir ki, Rusiya və Belarus liderləri dekabrın 6-da Minskdə ittifaq müqaviləsinin 25 illiyi ilə bağlı İttifaq Dövləti Şurasının iclasında iştirak edəcəklər. Tərəflər inteqrasiya qarşılıqlı fəaliyyətinin perspektivlərini və ümumi elektrik enerjisi bazarının formalaşdırılmasını müzakirə edəcəklər. Putin və Lukaşenko ayrıca ikitərəfli görüş də keçirəcək.

Bundan əvvəl Belarus xarici işlər nazirinin müavini İqor Nazaruk bildirib ki, Putin və Lukaşenko Minskdə inteqrasiya və təhlükəsizliyin inkişafı ilə bağlı sənədlər imzalayacaqlar. O qeyd edib ki, sənəd təsadüfən yaranmayıb, iki dövlətin konstitusiyalarının, milli təhlükəsizlik konsepsiyasının, milli təhlükəsizlik strategiyasının nəticəsidir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki