image-888backend

Putin, Tokayev, Japarov və Paşinyan Qazaxıstanla bağlı RAZILIĞA GƏLDİLƏR

Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstan lideri Kasım-Jomart Tokayev, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədri, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstandakı mövcud vəziyyəti müzakirə edib.

Alp.az xəbər verir ki, Qırğızıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Japarov qonşu ölkədən gələn insan tələfatı ilə bağlı məlumatlardan, çoxsaylı talan hallarından narahat olduğunu bildirib.

Tərəflər böhran vəziyyətlərinə reaksiya ilə bağlı KTMT Nizamnaməsinə uyğun olaraq Qazaxıstanda təhlükəsizliyin təmin edilməsinə dair ümumi mövqeyi müzakirə ediblər.

Dövlət başçıları KTMT-nin böhranlı vəziyyətlərə cavab tədbirləri ilə bağlı Xartiyasına uyğun olaraq Qazaxıstanda təhlükəsizliyin təmin edilməsinə dair ümumi mövqe barədə razılığa gəliblər.

Yeri gəlmişkən, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin müvafiq qurumlarına iğtişaşların səbəblərini müəyyən etmək və bütün günahkarları məsuliyyətə cəlb etmək üçün istintaq qrupunun yaradılmasını tapşırıb.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvar ayının ilk günlərində başlayıb. Yanvarın 4-5-də Almatıda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis qaz və səs-küylü qumbaraatanlardan istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultan şəhərlərindəı iki həftəlik fövqəladə vəziyyət elan edib.

KTMT ölkədə vəziyyəti sabitləşdirmək üçün Qazaxıstana sülhməramlı kontingent göndərmək qərarına gəlib.

KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.modern.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki