Rusiya vətəndaşı Aleksandr Trufanovun Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən əsirlikdən azad edilməsi Moskvanın Yaxın Şərqdəki ardıcıl siyasəti sayəsində mümkün olub.
Elchi.az TASS-a istinadən xəbər verir ki , bu barədə Rusiya lideri Vladimir Putin bildirib.
“Rusiya vətəndaşı Trufanovun azadlığa buraxılması, digər məsələlərlə yanaşı, Rusiyanın Yaxın Şərqdəki vəziyyətin nizamlanması üzrə ardıcıl siyasəti sayəsində mümkün olub və bu, regiondakı bir çox tərəfdaşlarda etimad yaradır”, – dövlət başçısı qeyd edib.
Putin əlavə edib ki, xilas qismən HƏMAS-ın “xoş niyyəti” sayəsində baş verib.
Aleksandr Trufanov və iki israilli Qəzzada 500 günlük əsirlikdən sonra fevralın 15-də azad edilib . Girovlar Qırmızı Xaç Cəmiyyətinə təhvil verilib . Azadlığa buraxılan kişinin anası Elena Trufanova oğlunun 7 oktyabr 2023-cü ildə Həmas hücumu zamanı hər iki ayağından güllələndiyini bildirib.
Nuranə Məmmədova