” “Oreşnik” orta mənzilli ballistik raket köhnə sovet dizaynının modifikasiyası deyil, müasir inkişafdır”.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransı ilə birgə birbaşa xətt zamanı müvafiq sualı belə cavablandırıb.
“Bu, müasir, çox yeni bir silahdır”,-deyə Putin “Oreşnik”in yaradılmasında sovet inkişaflarından istifadə ilə bağlı suala cavab verərkən.
O, vurğuladı ki, istənilən sahədə tərtibatçılar əvvəlki nailiyyətlərə arxalanırlar. Prezidentin sözlərinə görə, müasir Rusiyada yaradılan oxşar sinfin inkişafı var.
Dekabrın əvvəlində “The National Interest”in (TNI) köşə yazarı Brandon Weichert Rusiyanın “Oreşnik” ballistik raketinin yalnız THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə sistemindən istifadə etməklə tutula biləcəyini irəli sürmüşdü.
Yeganə