image-img_8146backend

Putin FSB idarə heyətində iştirak edəcək

Rusiya prezidenti Vladimir Putin gələn həftə FSB-nin idarə heyətində iştirak edəcək və beynəlxalq təmaslar aparacaq.

Elchi.az xəbər verir ki, bu barədə “Moskva. Kreml. Putin” proqramının müəllifi, jurnalist Pavel Zarubin öz Teleqram kanalında dərc edib.

Fevralın əvvəlində prezident Putin Təhlükəsizlik Şurasında iclas keçirmişdi. Tədbir zamanı MDB-də ən yaxın tərəfdaşlarla əlaqələrin inkişafı, eləcə də təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub. Elə həmin ay Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov demişdi ki, Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında görüşə hazırlıq ilkin mərhələdədir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki