Putin Donbass və Novorossiyanın inkişafının vacibliyindən danışıb.
Elchi.az xəbər verir ki,Rusiya prezidenti Vladimir Putin “Gənc Cənub” Ümumrusiya Gənclər Forumunun iştirakçıları və təşkilatçıları qarşısındakı salamlama nitqində Donbass və Novorossiyanın inkişafının əhəmiyyətindən danışıb. Onun sözləri Kremlin saytında dərc olunub.
“Siz öz işinizə Donbass və Novorossiyanın inkişafı kimi mühüm mövzunun – Vətənə əbədi qovuşmuş tarixi torpaqlarımızın müzakirəsi ilə başlayırsınız”, – mesajda deyilir.
Putin əlavə edib ki, forumun zəngin proqramı hər bir iştirakçıya öz planlarının həyata keçirilməsi üçün dəstək almağa imkan verəcək.
Bundan az əvvəl Putin bildirib ki, Rusiya Donetsk və Luqansk xalq respublikaları, Zaporojye və Xerson vilayətləri ərazisində bütün zədələnmiş obyektləri bərpa edəcək.
Dövlət başçısı həmçinin qeyd edib ki, Rusiya Rusiya Federasiyasına yenidən birləşən tarixi ərazilərin zəngin kənd təsərrüfatı potensialını reallaşdırmaq üçün şərait yaradacaq.
Şayəstə Hüseynova