image-ilhambackend

Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi “2025-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.

Elchi.az xəbər verir ki, gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4% çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2% çox) olacağı gözlənilir.

Son nəticədə büdcədə ÜDM-in 2,36%-i səviyyəsində – 3 milyard 51,6 milyon manat həcmində kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki