image-owl_detail_620_b6983ad16f25fd5e514ff21e1d91a906backend

Polşa XİN Maskın hədələrinə CAVAB VERİB

Milyarder və “SpaceX”in sahibi İlon Mask Ukraynada “Starlink”i söndürsə, Varşava bu provayder üçün əvəzləyici axtaracaq. Bu fikirləri Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

Elchi.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində qeyd edib.

Sikorski xatırladıb ki, Maskın Ukrayna üçün Starlink peyk rabitəsi sistemi Polşanın Rəqəmsallaşma Nazirliyi tərəfindən ödənilir və bu, ölkəyə ildə təxminən 50 milyon dollara başa gəlir. “Starlink”in Ukrayna hərbçiləri üçün kritik əhəmiyyətini bəyan edən milyarder öz təhdidini yerinə yetirib, girişi kəsərsə, Polşa əvəzləyici axtarmağa hazırdır.

“Təcavüz qurbanını təhdid etməyin etikası haqqında danışmasaq belə: SpaceX etibarsız provayder olduğu ortaya çıxarsa, biz başqalarını axtarmağa məcbur olacağıq”, – nazir Maskın sözlərinə cavab verib.

Bundan əvvəl, Sikorski Macarıstanın baş naziri Viktor Orbanın Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı ölkədə referendum keçirmək fikrinə ironik reaksiya verib. O qeyd edib ki, Orbanın Macarıstanın üzvlüyünə dair Aİ referendumunun nəticələrini görməkdə maraqlı olacaq.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki