ABŞ hakimiyyəti bu yaxınlarda ilk satın alınan F-35 döyüş təyyarələrini Polşaya təhvil verməyə hazırlaşır.
Elchi.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
“Sabah Vaşinqtona gedəcəyimə görə şadam. Bir az əvvəl nazir müavinləri Cesari Tomczyk və Pavel Beida ilk F-35-lərin təhvil verilməsində iştirak edəcəklər”.
Polşalı nazirin sözlərinə görə, Vaşinqtonda Pentaqonun rəhbəri Llyod Ostin ilə görüş planlaşdırılır. Kosinyak-Kamış qeyd edib ki, o, təhlükəsizlik, texnologiya transferi, satınalma və fəaliyyətlərin əlaqələndirilməsi sahəsində əməkdaşlığa həsr olunacaq.
Fevral ayında ABŞ Polşaya hərbi ehtiyaclar üçün kredit şəklində iki milyard dolların transferini təsdiqləyib. Razılaşmanın şərtlərinə görə, hərbi proqramını modernləşdirmək üçün Varşava Amerika tərəfdən F-35 qırıcıları, Patriot hava hücumundan müdafiə sistemləri və Abrams tankları almalıdır.
Yeganə