image-34backend

Politico: Qrenlandiya öz nefti ilə Trampı cəlb edə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiyanı ilk növbədə neft və qaz ehtiyatlarına görə ilhaq etməkdə maraqlı ola bilər.

Elchi.az xəbər verir ki, bu bardə “Politico” nəşri yazır.

Bundan əvvəl Tramp Danimarkaya Qrenlandiyanı verməyi təklif etmişdi. Daha sonra o, Qrenlandiya və Kanadanın Amerika ərazisinə birləşdirildiyi Birləşmiş Ştatların xəritəsini dərc etdi..

Nəşrin fikrincə, adanın neft və qaz yataqlarının istismarı Amerika şirkətləri üçün böyük və gəlirli biznesə çevrilə bilər. Qəzet yazır ki, ilkin hesablamalara görə, Qrenlandiyada neft ehtiyatları təxminən 31,4 milyon barel neft ekvivalenti, təbii qaz ehtiyatları isə 4,2 trilyon kubmetr təşkil edir.

Politico xatırladır ki, ada kövrək Arktika flora və faunasını qorumaq üçün karbohidrogen istehsalına moratorium qoyub. Yanacağın çıxarılması yerli ekologiya üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki