İran prezidenti Məsud Pezeşkian ölkənin parçalanmaması üçün gərginliyə son qoymaq və ölkədə daxili birliyi təmin etmək istədiklərini bildirib.
Elchi.az xəbər verir ki, Pezeşkiyanın dünən ABŞ-da iranlılarla görüşünün görüntüləri ölkə mətbuatında yayılıb.
Pezeşkiyan görüşdə ölkədəki böhranların fəsadları ilə bağlı xəbərdarlıq edib və gərginliyin davam edəcəyi təqdirdə ölkənin parçalana biləcəyi ilə bağlı xəbərdarlıq edib “Allah eləməsin, ölkədə nəsə baş versə, Azərbaycan öz başına dövlət olacaq, Kürdüstan öz başına dövlət olacaq, Xuzistan başqa, Bəlucistan başqa, ona görə də daha İran olmayacaq.Bu xaosa çevrilir. Biz ölkəmizdə xaosun olmasını istəmirik. “Biz ölkədə birliyə nail olmaq istəyirik.
Pezeşkian Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak etmək üçün getdiyi ABŞ-da iranlılarla görüşüb.
Şayəstə Hüseynova