İran prezidentinin birinci müavini yaxın günlərdə Ermənistana səfər edəcək.
Elchi.az bildirir ki, bu barədə ölkə prezidenti Məsud Pezeşkianın özü məlumat verib.
“Xarici işlər naziri və mən Nyu-Yorkda region və dünya rəsmiləri ilə görüşərkən, iqtisadiyyat naziri Özbəkistanda Asiya ölkələrinin nümayəndələri ilə danışıqlar aparır. Yaxın günlərdə birinci müavinim Pakistan və Ermənistana səfər edəcək. Ümid edirik ki, bu məsləhətlər insanlara daha yaxşı yaşamağa kömək edəcək. 14-cü hökumət Qərbdən Şərqə, Nyu Yorkdan Səmərqəndə qədər dünya ilə siyasi və iqtisadi diplomatiya axtarır. Biz söz verdiyimiz kimi, Şərq və Qərblə milli maraqlar əsasında əməkdaşlıq edəcəyik”, -deyə İran prezidenti özünün X sosial şəbəkəsindəki mikrobloqunda yazıb.
Yeganə
Mənbə: Vesti.ru