image-bf6800ff-042e-39b1-a58c-7e38ec0639de_850-1backend

Peskov: Putinlə Paşinyanın görüşü planlaşdırılmayıb

Rusiya Prezidenti Vladimir Putinin qrafikində Ermənistanın baş naziri Nikol Paşinyanla görüş planlaşdırılmayıb.

Elchi.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, N.Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının 41-ci toplantısında iştirak etmək üçün Moskvaya gedib.

“Bu gün ayrıca görüş planlaşdırılmır”, – D.Peskov mətbuat brifinqində bildirib.

O vurğulayıb ki, V.Putin Ermənistanın baş nazirini dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin görüşünə dəvət edib.

Qeyd edək ki, Putin və Paşinyan son dəfə oktyabrın 8-də Kremldə görüşüblər. O zaman Moskvada MDB sammiti keçirilirdi.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki