Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Vladimir Putin Ukrayna məsələlərinə şəxsən nəzarət edir.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
“Xüsusi hərbi əməliyyat gedir, o, ali baş komandandır”, – Peskov Kremlin Ukrayna münaqişəsi üzrə danışıqlar üzrə xüsusi elçi vəzifəsini təqdim etməyi planlaşdırıb-qalmadığı sualına cavab verərkən deyib.
Peskov əlavə edib ki, bu məsələlər üzrə xüsusi nümayəndələr yoxdur. Bundan əvvəl Fox News kanalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp danışıqlar aparmaq üçün Ukrayna üzrə xüsusi elçi təyin etməyi planlaşdırır. Sülh razılaşmasına təkan vermək üçün “çox təcrübəli və hörmətli” bir adamın təyin ediləcəyi deyilirdi.
Ukrayna mediası artıq namizədin adını açıqlayıb – onların fikrincə, xüsusi nümayəndə daha əvvəl ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışmış diplomat Brayan Kuk olacaq.
Yeganə