Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya lideri Vladimir Putin Ukraynadakı münaqişənin həlli ilə bağlı dialoqa açıq olub və qalır.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Rusiya prezidentinin mətbuat katibi Almaniya kansleri Olaf Şoltsun Putinlə dialoqa hazır olması barədə sözlərini şərh edərkən bildirib ki, Rusiya dövlət başçısı onun ünsiyyət və dialoqa hazır olduğunu dəfələrlə təsdiqləyib. Kremlin sözçüsü Almaniya kanslerinin niyyətlərini “vacib siqnal” hesab edir.
Peskovun sözlərinə görə, Kremlə Almaniya və ya digər Qərb ölkələrindən Vladimir Putinlə təmasların aparılması üçün hələlik real təkliflər daxil olmayıb. Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski yenidən Rusiya ilə sülh danışıqlarına qarşı çıxıb.
Yeganə