image-peru-bayrak-afp-1519833_1backend

Peruda mikroavtobus uçuruma yuvarlanıb: 10 nəfər ölüb

Peruda sərnişin mikroavtobusunun 220 metrlik uçuruma düşməsi nəticəsində 10 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Peru mətbuatında yer alan xəbərə görə, ölkənin cənubundakı Cuyo bölgəsində Culiaka-Sandiya yolunda sərnişin mikroavtobusu idarəetməni itirərək 220 metrlik uçuruma düşüb.
Qəzada 10 nəfər hadisə yerində ölüb, 4 yaşlı uşaq isə ağır xəsarətlərlə mikroavtobusdan çıxarılıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və axtarış-xilasetmə qrupları cəlb olunub.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki