image-1732697846_owl_detail_620_7a27acedaa794bc32d2f2abaa78e5632backend

Paşinyan KTMT sammitində iştirakdan imtina edib

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada keçiriləcək sammitində iştirak etməyəcək.

Elchi.az News.am-a istinadən xəbər verir ki, bunu respublika Nazirlər Kabinetinin rəhbərinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

Onun sözlərinə görə, Ermənistanın KTMT üzvlüyünün dondurulması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Eyni fikri ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan da bildirib. Bundan əvvəl Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev Ermənistanın sammitdə iştirakdan imtina etdiyini açıqlamışdı. Tədbir noyabrın 28-də Qazaxıstanın paytaxtı – Astanada baş tutacaq.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki