Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.
Elchi.az xəbər verir ki, bu bardə News.am məlumat yayıb.
Paşinyan oktyabrın 3-5-i tarixlərində Fransada olacaq. Səfər çərçivəsində baş nazirin Fransa prezidenti Emmanuel Makron və baş nazir Mişel Barnier ilə görüşləri nəzərdə tutulub.
Nikol Paşinyan Beynəlxalq Frankofoniya Təşkilatının növbəti sammitində də iştirak edəcək.
Yeganə