image-1733818209_meclibackend

Parlamentdə onlara yeni vəzifə verildi –SİYAHI

Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təyin edilib.

Bu barədə məsələ Milli Məclisin bugünkü plenar iclasının gündəliyinə çıxarılıb.

Layihəyə əsasən, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Aparatın rəhbəri Fərid Hacıyev, deputat Əminə Ağazadə və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təyin ediliblər.

Sənəd səsə qoyularaq qəbul edilib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki