image-66a7b9c3-50d3-3f11-91ad-6316115bd362_850backend

Papua-Yeni Qvineyada 5,4 maqnitudalı zəlzələ baş verib

Papua-Yeni Qvineyaya aid olan Yeni İrlandiya adasının şərq sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Elchi.az -ın məlumatına görə, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 120 minə yaxın insanın yaşadığı adanın sahillərindən 30 km cənub-şərqdə, zəlzələ ocağı 63 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki